20:00 26-08-2011
news_image

37 taekvondoçumuz Rusiyaya yollanır

Gənclər və yeniyetmələrdən ibarət Azərbaycan milli komandaları Rusiyada beynəlxalq yarışda iştirak edəcəklər. Taekvondo Federasiyasından apasport.az saytının məlumatına görə, sentyabr 3-5-də Çelyabinskdə Rusiyanın ilk açıq beynəlxalq turnirində Ələkbər İmaməliyev və Jon Jonqbay rəhbərliyi altında Samir Aydınov (54 kq), Fariz Əliyev (68 kq), Elvin Məmmədov, Kvanqseok Kim (hər ikisi 74 kq), Bayraməli Vəliyev (80 kq), Ceyhun Həsənli (87 kq), Təvəkkül Bayramov və Aydın Bəhmalov qüvvəsini sınayacaq.

Sun Mi Park və Niyaməddin Paşayevin çalışdırdığı qadınlardan ibarət seçmə heyətdə isə Xəyalə Quliyeva, Şəhrun Yusifova (hər ikisi 46 kq), Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva, Səbinə Mikayılova (hər ikisi 57 kq), Vonkyunq Kim və Fəridə Əzizova (hər ikisi 67 kq) yer alıb. Komandaların heyətində məşqçilər korpusu bəzi idmançıların çəkisində dəyişiklik etməklə onları sınamağı qərara alıb.

Gənclərdən ibarət yığmanın baş məşqçisi Gündüz Abdullayev və yeniyetmələrdən ibarət seçmə komandanın baş məşqçisi Məmməd Abdullayev, eləcə də Zahid Məmmədov rəhbərliyi altında isə 22 taekvondoçumuz ilə yarışda iştirak edəcək.

Qeyd edək ki, açıq beynəlxalq turnirə sentyabrın 3-də yola düşəcək idmançılarımız 6 gün sonra Bakıya dönəcəklər. Yarışda fərqlənən taekvondoçular reytinq xallarının artırmaq imkanı da əldə edəcəklər.