12:30 27-08-2011
news_image
3259
DÖYÜŞ NÖVLƏRİ

Elmar Qasımov ilk cəhddəcə uduzdu - YENİLƏNİB

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan milli komandasının son üzvü Elmar Qasımov nəyə qadir olduğunu nümayiş etdirib.

Kişilər

100 kq
Milli komandamızın ağır çəkili cüdoçusu Elmar Qasımov mübarizəyə ikinci mərhələdən başlayıb. O, ilk döyüşündə Ceyms Austinə (İngiltərə) qalib gəlmiş Amel Mikeçlə (Bosniya və Herseqovina) qarşılaşıb. Lakin həmyerlimizin cəhdi uğursuz olub. Elmar ilk qarşılaşmada məğlub olaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, mundiala 10 idmançı ilə yollanan yığmamızın heyətində yalnız İlqar Müşkiyev (60 kq) fərqlənib. Onun yarışın ilk günündə millimizə qazandırdığı bürünc medala komandamızı fiaskodan xilas edib.