10:49 27-08-2011
news_image

Ermənistan Azərbaycan boksçularına həsəd aparır

İrlandiyanın paytaxtı Dublində keçirilən boks üzrə Avropa birinciliyinin finalında yüksələn ölkələrin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə ən çox təmsilçisi olan ölkə Rusiyadır.

Şimal qonşumuzun 9 boksçusu həlledici görüşdə iştirak etmək hüququ qazanıb. Yalnız 60 kq çəki dərəcəsində finalda Rusiya idmançısı təmsil olunmayacaq.

Finalda ən çox nümayəndəsi olan ikinci ölkə Azərbaycandır. 3 boksçumuz – Pərviz Bağırov (60 kq), Rauf Rəhimov (75 kq) və Heydər Heydərov (+91kq) qızıl medal uğrunda döyüşə çıxacaq.

Meydan sahibi İrlandiya, Ukrayna və Litvanın 2 boksçusu finalda yarışmaq hüququ qazanıb. Gürcüstan və Ermənistanın bir nümayəndəsi qitə birinciliyinin qızılı uğrunda rinqə çıxacaqlar.