17:00 27-08-2011
news_image
2737
DÖYÜŞ NÖVLƏRİ

Həm birinci, həm sonuncu

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə dünya çempionatına sabah komanda yarışları ilə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli son mundial Azərbaycan idmançıları üçün vaxtından əvvəl başa çatıb.

Təəssüf ki, yarışın ilk günündə İlqar Müşkiyevin (60 kq) qazandığı “bürünc” təmsilçilərimiz üçün birinci deyil, elə sonuncu olub. Onunla bərabər Parisə yollanan digər cüdoçularımız isə vətənə əliboş qayıdacaqlar.

Komandamız bu dəfə ən azından ötən ilki uğuru təkrarlaya bilməsə də, Azərbaycan yığmasının dünya çempionatında uğurlu seriyasını qırılmağa qoymayıb. Bu da təbii ki, millimizi fiaskodan qurtaran İlqar Müşkiyevin sayəsində baş verib. 21 yaşı hələ tamam olmayan idmançı 10 illik seriyanı davam etdirib. Onun sayəsində ölkəmiz 2001-ci ildən başlayaraq, bütün dünya çempionatlarında ən azı 1 medala sahib olur.

Bununla yanaşı, 2009-cu ildə gənc cüdoçular arasında Ermənistanda keçirilmiş Avropa çempionatında İrəvanda Azərbaycan bayrağını dalğalandırmış (gümüş medal) İlqar adını növbəti dəfə tariximizə qızıl medallarla yazdırıb. O, müstəqillik illərində ölkəmiz üçün dünya çempionatlarında qazanılmış 10-cu medalın sahibi olub.

Qeyd edək ki, milli komandamız 1993-cü ildən son dünya çempionatına kimi 10 medal qazanıb. Bunlardan 2-si gümüş, 8-i bürüncdür. Mundialda ilk fərqlənən cüdoçumuz isə Nazim Hüseynovdur. O, müstəqillik illərində ilk Olimpiya çempionumuz olduğu kimi, bu siyahıda da birincidir.

Cüdoçularımızın dünya çempionatlarında medalları

İlKeçirildiyi ölkə, şəhərİdmançıTutduğu yer
1993Kanada, HamiltonNazim Hüseynov (60 kq)II yer
2001Almaniya, MünhenElxan Rəcəbli (81 kq)III yer
  Rəsul Səlimov (90 kq)III yer
2003Yaponiya, OsakaMövlud Mirəliyev (açıq çəki)III yer
2005Misir, QahirəNicat Şıxəlizadə (60 kq)III yer
2007Braziliya, Rio de Janeyro Elnur Məmmədli (73 kq)II yer
2009Hollandiya, RotterdamKifayət Qasımova (57 kq)III yer
2010Yaponiya, TokioElxan Məmmədov (90 kq)III yer
  Ramilə Yusubova (63 kq)III yer
2011Fransa, Parisİlqar Müşkiyev (60 kq)III yer


Azərbaycan milli komandasının dünya çempionatlarındakı medallarının əyarı və sayı

Qızıl medal
Gümüş medal
Bürünc medal
Cəmi
-
2
8
10


Tahir HÜMMƏTOV