09:24 01-09-2011
news_image
927
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov zirvəni Vüqar Həşimova verdi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan milli komandasının liderləri üçün uğursuz olub.

Belə ki, ötən ay 9-cu pillədə yer alan həmyerlimiz Şəhriyar Məmmədyarov ilk “10-luğu” tərk edib. 5 pillə geriləyən qrossmeysterimiz yeni siyahıda 2746 xalla 14-cüdür. Digər şahmatçımız Vüqar Həşimov (2756) da 1 rəqibini irəli buraxıb və 12-ci pilləyə enib. Buna baxmayaraq, o indi Azərbaycanın ən güclüsüdür.

Zəka sahiblərimizdən yalnız Teymur Rəcəbov mövqeyini yaxşılaşdırıb. O ilk “10-luq”dakı yerini qaytara bilməsə də, 13-cü yerə yüksəlib. 1 pillə irəli gedən təmsilçimizin aktivində 2752 reytinq xalı var.

Qeyd edək ki, yeni siyahıya yenə də norveçli Maqnus Karlsen başçılıq edir. 21 yaşlı qrossmeyster 2823 reytinq xalına malikdir.