08:51 02-09-2011
news_image
632
STOLÜSTÜ OYUNLAR

Rəcəbov və Həşimov 1/16 finalda Məmmədyarovu gözləyir

Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 1/32 mərhələsi Azərbaycan qrossmeysterləri üçün uğurlu alınıb.

Belə ki, təmsilçilərimiz Teymur Rəcəbov və Vüqar Həşimov növbəti mərhələyə vəsiqə qazanıblar. Onlar müvafiq olaraq, hindistanlı Parimarcan Negiyi və belaruslu Sergey Azarovu yarışdan kənarlaşdırıblar.

Lakin Şəhriyar Məmmədyarovun 1/16 finala vəsiqə qazanıb-qazanmayacağına bu gün aydınlıq gələcək. O hər 2 oyunda Daniel Fridmanla heç-heçə etdiyindən qalib tay-breykdə müəyyənləşəcək.

Qeyd edək ki, ümumi mükafat fondu 1,6 milyon ABŞ dolları olan yarışa 5 zəka sahibi ilə qatılsaq da, ilk mərhələdə Namiq Quliyev və Rauf Məmmədov mübarizəni dayandırmışdılar.