Məmmədyarov da Dünya Kubokunun 1/16 final mərhələsinə yüksəldi
Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda daha bir azərbaycanlı qrossmeyster mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, Teymur Rəcəbov və Vüqar Həşimovun ardından Şəhriyar Məmmədyarov da yarışın 1/16 final mərhələsində iştirak etmək hüququ qazanıb.
Təmsilçimiz 1/32 finalda almaniyalı Daniel Fridmanla hər 2 oyunda heç-heçə etsə də, tay-breykdə onu məğlub etməyi bacarıb – 1,5:0,5.
Qeyd edək ki, növbəti mərhələnin ilk görüşləri sabah keçiriləcək.