Erkən vida
Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda daha bir azərbaycanlı qrossmeyster mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, ukraynalı Yaroslav Jerebuxla heç-heçə edən Şəhriyar Məmmədyarov tay-brekdə məğlubiyyətə üzülüb.
Belə ki, ilk partiyada qalib gələn rəqib ikinci görüşdə də 0,5 xal qazanaraq, 1/8 finala yüksəlib. Şəhriyar isə 1/16 finalda yarışı vaxtından əvvəl dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Teymur Rəcəbov və Vüqar Həşimovun 1/8 finala vəsiqə qazandığı Dünya Kubokunda Məmmədyarovdan öncə Namiq Quliyev və Rauf Məmmədov mübarizəni dayandırmışdılar.