16:19 05-09-2011
news_image
778
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov: Dünya Kubokunda tam gücünü ortaya qoymalısan

“2-ci oyunda mən artıq piyada qazandım. Lakin digər tərəfdən qaraların 2 fili və yaxşı kompensasiyası var idi”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Vüqar Həşimov deyib.

Həmyerlimiz Dünya Kubokunun 1/16 finalında məğlub etdiyi rusiyalı Yevgeni Tomaşevski ilə görüş barədə fikirlərini açıqlayıb. Vüqarın sözlərinə görə, ilk matçla müqayisədə ikinci qarşılaşma daha maraqlı alınıb: “Aydın məsələdir ki, oyun hər 2 nəticəyə - qalib gəlmək və ya məğlubiyyətə gedirdi. Fikrimcə, rəqibimin heç-heçəyə ağların qələbəyə şansından çox idi”.

Qrossmeysterimiz yarışın püşkatmasına da münasibət bildirib: “Püşkatma barədə nəsə demək çətindir. Bu elə bir turnirdir ki, hər bir oyunda tam gücünü ortaya qoymalısan. Bir səhv Dünya Kuboku ilə vidalaşmaqla nəticələnə bilər”.

Qeyd edək ki, Həşimov Tomaşevski ilə ilk oyunda heç-heçə etsə də, ikinci matçda inamlı qələbə qazanaraq, 1/8 finala yüksəlib.