10:14 06-09-2011
news_image
1621
DİGƏR NÖVLƏR

Britaniyalılar London-2012 üçün daha bir talisman tapdı

2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarının təşkilatçıları yarışın daha bir talismanını təqdim edib. Apasport.az saytının məlumatına görə, Olimpiadanın sayca 3-cü talismanı şir olub.

“Prayd” adlı talisman hərəsinin 1 gözü olan personajlar Uenlok və Mandevil haqda tam müsbət fikir formalaşmadığından “dünyaya gəlib”. Belə ki, britaniyalıların heç də hamısı bu qəribə talismanları tam qəbul etmək istəməyib. Buna görə də təşkilatçılar hamının tanıdığı heyvanların şahına da ehtiyac duyub. 11 min sayda müxtəlif məhsul və suvenir qismində satışa çıxarılacaq “Prayd” proqnozlara əsasən 130 milyon dollardan artıq qazanc gətirmılidir.