17:24 06-09-2011
news_image
773
DİGƏR NÖVLƏR

Uğursuz start

Serbiyanın paytaxtı Belqradda stend atıcılığı üzrə dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan snayperləri üçün uğursuz olub.

Belə ki, bu gün trap növündə hədəf növünə keçən Elvin İsmayılov ümidləri doğrultmayıb. Təmsilçimiz 140 idmançı arasında 114-cü yeri tutub.

Qeyd edək ki, sentyabrın 14-nə kimi davam edəcək munialda Emin Cəfərov, Zemfira Meftəhətdinova və Nurlana Cəfərova (hamısı skit) da güclərini yoxlayacaqlar.