17:36 06-09-2011
news_image

Amerikalıların Bakıda əsas medal ümidi Uorren olacaq

Daha bir ölkə Bakıda keçiriləcək boks üzrə dünya çempionatı üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) milli komandası Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq yarışda tam heyətlə mübarizə aparacaq.

Amerikalıların kapitanı və lideri 52 kq çəki dərəcəsində mübarizə aparacaq Roşi Uorrendir. 2007-ci ildə Çikaqoda keçirilmiş dünya çempionatında qızıl, bundan 2 il öncə isə Çində bürünc medal qazanmış boksçu paytaxtımızda da komandasının əsas medal ümidlərindən olacaq.

Komandanın daha bir təcrübəli üzvü 2 dəfə Olimpiya oyunlarında iştirak etmiş Maykl Hanterdir (91 kq). Ötən il hərbçilərin dünya çempionatında yalnız finalda məğlub olmuş Camel Herrinq (64 kq) ABŞ-ın həvəskar boksdakı yeni istedadlarından sayılır. Amerikalılar sentyabrın 17-də Bakıya gəlməyi planlaşdırırlar.

ABŞ milli komandasının heyəti

49 kq: Eros Korrea
52 kq: Roşi Uorren
56 kq: Cozef Dias
60 kq: Xose Ramirez
64 kq: Camel Herrinq
69 kq: Errol Spens
75 kq: Cess Hart
81 kq: Markus Broun
91 kq: Maykl Hanter
+91 kq: Lenroy Tompson