18:13 06-09-2011
news_image
863
STOLÜSTÜ OYUNLAR

Rəcəbov və Həşimov 1/4 finalın bir addımlığında!

Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/8 final mərhələsinin ilk oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, bu mərhələdə mübarizə aparan Azərbaycan qrossmeysterləri – Teymur Rəcəbov və Vüqar Həşimov görüşlərini qələbə ilə başa vurublar.

Belə ki, Rəcəbov rusiyalı Dmitri Yakovenko ilə görüşün 48-ci gedişdə rəqibi mat edib. Həşimov isə Peter Xayne Nilsenə (Danimarka) qalib gəlib. O 73-cü gedişdə danimarkalı zəka sahibini ağ bayraq qaldırmağa məcbur edib.

Qeyd edək ki, 1/8 final mərhələsinin ikinci görüşləri sabah keçiriləcək.