11:45 07-09-2011
news_image

Boksçularımız Rusiyaya yollandılar

Boks üzrə milli komandamız dünya çempionatına hazırlığın növbəti mərhələsini Rusiyada – Moskvaətrafında yerləşən Çexov şəhərində keçirir. Boks Federasiyasından apasport.az saytına verilən məlumatı görə, dəri əlcək ustalarımız bu şəhərdə Rusiya yığması ilə birgə təlim-məşq toplanışındadır.

Məşqçilər korpusu ölkə xaricinə 17 boksçu aparıb. Son Avropa çempionatının qalibləri Salman Əlizadə (49 kq), Teymur Məmmədov (91 kq) və bürünc mükafatçı Heybətulla Hacəliyev də (64 kq) heyətdə yer alıblar. Soltan Migitinov (75 kq) komanda ilə birlikdə hazırlıq prosesində iştirak etsə də, o, WSB liqasından London Olimpiadasına lisenziya qazandığından Bakıdakı dünya çempionatında rinqə çıxmayacaq. Dünya çempionatında iştirak edəcək heyət məhz bu toplanışdan sonra məlum olacaq.

Milli komandamız sentyabrın 19-da vətənə dönərək, hazırlığın son hissəsini Bakıda keçirəcək.

Xatırladaq ki, komandamız bundan öncə İtaliyanın Assizi şəhərində hazırlıqda olub.

49 kq: Salman Əlizadə
52 kq: Elvin Məmişzadə, Məhəmməd Abdulhəmidov
56 kq: Rəhim Nəcəfov
60 kq: Elvin İsayev, İmil İksanov
64 kq: Heybətulla Hacəliyev, Romal Amanov
69 kq: Osman Əliyev, Emil Əhmədov
75 kq: Soltan Migitinov
81 kq: Ramil Əliyev, Ramazan Məhəmmədov, Vətən Hüseynli
91 kq: Teymur Məmmədov, Abdulqadir Abdullayev
+91kq: Məhəmmədrəsul Məcidov