15:00 08-09-2011
news_image
803
STOLÜSTÜ OYUNLAR

Rusiyalı qrossmeyster Teymur Rəcəbovdan zəif olmasının səbəbini açıqladı

“Mərhələ keçdikcə rəqiblər daha da güclənirdi. Həm də Dünya Kuboku nokaut sistemi ilə keçirildiyindən hər bir səhv həlledici olur ki, mən də bunu azərbaycanlı qrossmeysterlə görüşdə etdim”. Apasport.az saytının məlumatına görə, bu sözlər rusiyalı qrossmeyster Dmitri Yakovenko deyib.

O bildirib ki, Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən Dünya Kubokunun 1/8 final mərhələsində azərbaycanlı zəka sahibi Teymur Rəcəbova uduzaraq, mübarizəni dayandırması öz səhvindən baş verib: “Teymur Rəcəbovla ilk oyunda mən səhv etdim. Ən güclü gedişi tapa bilmədim. Bundan sonra mənim matçda qalib gəlmək üçün şansım elə də çox deyildi”.

Yakovenkonun sözlərinə görə, ikinci matçda qisas alacağını fikirləşsə də, bu, baş tutmayıb: “Mən qədim hind müdafiəsini özüm üçün çox yaxşı variant hesab edirdim. Çünki Teymur bundan başqa vəzir qambitində oynayır. Təəssüf ki, ikinci qarşılaşmanın başlanğıcda da qeyri-dəqiq oldum. Sonrada yalnız minimal üstünlük uğrunda mübarizə aparırdım. Hansısa an mənə elə gəldi ki, qələbə qazana bilərəm. Lakin Teymur çox yaxşı gediş etdi və bundan az sonra vəziyyət bərabərləşdi. Artıq çıxışımı dayandırmışam. Evdəkilər üçün də çox darıxıram. Ona görə də dərhal ailəmin yanına yollanacağam. Bu yarış məndən çox güc apardığından istirahətə ehtiyacım var”.