15:40 08-09-2011
news_image
854
STOLÜSTÜ OYUNLAR

İvançuk Rəcəbova rəqib oldu

Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda Azərbaycan yığmasının üzvü Teymur Rəcəbovun 1/4 finaldakı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən tay-brekdən sonra ukraynalı Vasili İvançuk mərhələ adlamağı bacarıb.
O 1/8 finalda Bu Syancini (Çin) məğlub edib. Əsas görüşdə heç-heçə oynayan İvançuk (1:1) bu dəfə hər 2 oyunu qələbə ilə başa vurub.

Qeyd edək ki, Teymurla Vasili arasında 1/4 final mərhələsinin ilk dueli sabah baş tutacaq.