18:03 08-09-2011
news_image
721
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov 1/4 finalda Ruslan Ponomaryovla qarşılaşacaq

Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final cütlərinin tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri Teymur Rəcəbov və Vüqar Həşimovun sabah ilk oyunda qarşılaşacağı şahmatçının adı məlum olub.

Rəcəbov bu gün keçirilən tay-brekdə qalib gələn ukraynalı Vasili İvançukla görüşəcək. Onun rəqibi 1/8 finalda Bu Syancini (Çin) məğlub edib. Əsas görüşdə heç-heçə oynayan İvançuk (1:1) bu dəfə hər 2 oyunu qələbə ilə başa vurub.

Bu gün istirahət edən Teymurdan fərqli Həşimov da rəqibi kimi tay-brekdə 1/4 finala çıxıb. Onun rəqibi Ruslan Ponomaryovla Bruzonun qarşılaşmasında müəyyənləşib. Əsas 2 partiyadan sonra qalibi müəyyən edə bilməyən şahmatçılar bu gün 8 dəfə üz-üzə gəliblər. Klassik, 25 dəqiqəlik, hətta 10 dəqiqəlik 2 partiya da kimin güclü olduğunu müəyyənləşdirməyib. Yalnız 5 dəqiqəlik partiyalarda üstün olan (1,5:0,5) Ponomaryov təmsilçimizə rəqib olub.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk duelləri sabah baş tutacaq.