09:00 09-09-2011
news_image
879
DİGƏR NÖVLƏR

Həmyerlimiz Ukraynadan bürünc medalla qayıdır

Ukraynanın Donetsk şəhərində atçılığın konkur növü üzrə keçirilən “Donbass Tur-2011” beynəlxalq turnirinə yekun vurulub. Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış milli komandamızın çaparı üçün uğurlu alınıb.

Belə ki, ümumi mükafat fondu 200 min avro olan turnirdə həmyerlimiz Seyid Musayev “Nabab de Belou” ləqəbli atla fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, “Donbass Tur-2011”da Ukrayna və Azərbaycan çaparları ilə yanaşı, Belçika, Polşa, Rusiya, Lüksemburq, Yaponiya və Almaniyadan olan idmançılar da qüvvələrini sınayıblar.