10:23 09-09-2011
news_image
833
STOLÜSTÜ OYUNLAR

“Sonuncu səhvi rəqib etdi, mən də bundan yararlandım”

“Rəqibim bəzən çox gözəl oynayırdı. Prinsipcə, bütün oyunlar çox maraqlı alındı”. Apasport.az saytının məlumatına görə, bunu şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimov deyib.

Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən Dünya Kubokunun 1/8 finalında danimarkalı Peter Xayne Nilseni tay-brekdə məğlub edən həmyerlimiz rəqibin səhvi nəticəsində mərhələ adladığını deyib: “Mənə elə gəlir ki, biz bu matçı yüksək səviyyədə keçirdik. Lakin sonuncu səhvi rəqib etdi və mən qalib gəldim”.

Qeyd edək ki, Həşimov bu gün 1/4 final mərhələsinin ilk matçına çıxacaq. O ukraynalı Ruslan Ponomaryovla qarşılaşacaq.