16:50 09-09-2011
news_image
1148
STOLÜSTÜ OYUNLAR

Rəcəbov Olimpiya çempionu ilə bacarmadı, Həşimov isə heç-heçə etdi

Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu görüşlər Azərbaycan yığmasının üzvləri Teymur Rəcəbov və Vüqar Həşimov üçün fərqli nəticələrlə başa çatıb.

Qara fiqurlarla oynayan Vüqar Ukrayna milli komandasının heyətində Olimpiadanın qalibi olan Ruslan Ponomaryovdan xal almağı bacarıb. Həmyerlimiz onunla baş tutan duelin 14-cü gedişində xalları yarı bölüb – 0,5:0,5.

Həşimovdan fərqli, Rəcəbov digər ukraynalı Olimpiya çempionu Vasili İvançukla görüşdən məğlub ayrılıb. O 41-ci gedişdə “ağ bayraq” qaldırıb – 0:1.

Qeyd edək ki, 1/4 final mərhələsinin ikinci oyunları sabah keçiriləcək.