10:17 10-09-2011
news_image
771
STOLÜSTÜ OYUNLAR

Hüseynovla Məmmədovun fərqi

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə keçirilən Yuqra qubernatorunun 7-ci kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirə 2 zəka sahibi Qədir Hüseynov və Rauf Məmmədovla qatılan Azərbaycan yığması vətənə medalsız qayıdacaq.

Belə ki, 9 turdan 7 xal toplayan Qədir fəxri kürsüdə yer almağa yaxın olsa da, əlavə göstəricilərə əsasən 5-ci yeri tutub. O turnirin qalibi Pavel Pankratovdan (Rusiya) 0,5 xal az toplayıb. Digər həmyerlimiz Rauf isə 5,5 xalla 30-cu olmağı bacarıb.

Qeyd edək ki, turnirdə 8 ölkədən 154 şahmatçı mübarizə aparırdı.