12:05 10-09-2011
news_image
1135
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz 1 xalın güdazına getdi

Serbiyanın paytaxtı Belqradda stend atıcılığı üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışa 4 snayperlə yollanan Azərbaycan milli komandası hələlik medal hesabını aça bilməyib.


Belə ki, trap növündə 114-cü yeri tutan Elvin İsmayılovun ardınca skit növündə Olimpiya çempionumuz Zemfira Meftahətdinova və Nurlana Cəfərova hədəf önünə keçiblər. Təəssüf ki, onların da çıxışları uğursuz alınıb. Düzdür, Meftahətdinova finala yüksəlməyə yaxın olub. Lakin ilk “6-lıq”da yer alması üçün onun cəmi 1 xalı çatmayıb. Nəticədə təmsilçimiz 71 xalla 11-ci olub. Cəfərova isə cəmi 65 xal toplayıb ki, bu da onun 45-ci yeri tutmasına səbəb olub.

Qeyd edək ki, sentyabrın 14-nə kimi davam edəcək munialda Emin Cəfərov hələ mübarizəyə qoşulmayıb.