13:52 10-09-2011
news_image
1560
DİGƏR NÖVLƏR

London-2012 üçün qızıl medalın qiyməti açıqlandı

Belarus London-2012-də fərqlənəcək idmançılar üçün veriləcək pul mükafatının məbləğini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin milli komandasının heyətində Olimpiya çempionu adını qazanacaq idmançı 150 min ABŞ dolları qazanacaq. Gümüş medala sahib olacaq belaruslu 75 min dollar irəli düşəcək. Böyük Britaniyadan vətənə bürünc medalla qayıdanlar isə 50 min dollara sahib olacaqlar.

Qeyd edək ki, Belarus Olimpiya Komitəsi ölkə idmançılarının qarşısında London-2012-də 25 medal qazanmaq tapşırığını qoyub. Bu medallardan beşinin əyarı isə qızıl olmalıdır.