12:07 11-09-2011
news_image
977
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov dayandı, Teymur Rəcəbov şansını bu günə saxladı

Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin ikinci oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu görüşlər Azərbaycan yığmasının üzvləri Teymur Rəcəbov və Vüqar Həşimov üçün fərqli nəticələrlə başa çatıb.

Ağ fiqurlarla oynayan Vüqar Ukrayna milli komandasının heyətində Olimpiadanın qalibi olan Ruslan Ponomaryovla görüşdə gözlənilmədən məğlub olub. Ağlarla bütün oyunlarda qalib gələn şahmatçımız qara fiqurlarla heç-heçə etdiyi rəqibə uduzaraq mübarizəni dayandırıb – 0,5:1,5.

Həşimovdan fərqli, Rəcəbov digər ukraynalı Olimpiya çempionu Vasili İvançukla görüşdə tarazlığı bərpa edib. İlk oyunu uduzan həmyerlimiz cavab matçında udaraq qarşılaşmanı tay-brekə daşıyıb. Rəcəbovun yarımfinal şansına bu gün aydınlıq gələcək.