09:40 12-09-2011
news_image
868
STOLÜSTÜ OYUNLAR

Vasili İvançuk: Teymur Rəcəbovla görüşü xoşbəxt sonluqla bitirdim

“İkinci görüşdə Teymur Rəcəbov fiqur qurbanı fikirləşib tapmışdı. Onun yüz faiz düzgün olduğu haqqında nəsə deyə bilməyəcəyəm. Lakin hər halda mən rəqibimin gedişlərindən baş çıxara bilmədim və həmin oyunu uduzdum”. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı qrossmeyster Vasili İvançuk deyib.

Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən Dünya Kubokunda Azərbaycan milli komandasının sonuncu üzvü Teymur Rəcəbovu 1/4 final mərhələsinin tay-brekində məğlub edən Olimpiya çempionu qələbəsinə münasibət bildirib. Öncə heç-heçə ilə başa çatan əsas oyunlardan danışan İvançukun mərhələ adlamağında bəxti də üzünə gülüb: “Tay-brekin birinci oyunu çox çətin idi. Rəqib üstünlüyə yiyələnmişdi və mən heç-heç uğrunda mübarizə aparmağa məcbur oldum. Xoşbəxtlikdən mən sonluğu lazımı nəticə ilə bitirdim. İkinci matçda isə bir qədər yaxşı sonluq almışdım. Bunun nəticəsində rəqibə qalib gəldim”.

Qeyd edək ki, İvançuk tay-brekdə 1,5:0,5 hesabı ilə qələbə qazanaraq, yarımfinala yüksəlib.