19:00 12-09-2011
news_image
1269
DÖYÜŞ NÖVLƏRİ

Türkiyə yığması Bakıya gəldi

Sentyabrın 22-dən oktyabrın 10-na kimi Bakıda keçiriləcək boks üzrə dünya çempionatının iştirakçısı olacaq Türkiyə milli komandası artıq paytaxtımızdadır. Apasport.az saytının məlumatına görə, Azərbaycana hamıdan birinci gələn “ay-ulduzlular” təlim-məşq toplanışını ölkəmizdə davam etdirəcəklər.

Türklər Bakıya tam heyətlə - 10 boksçu (Fərhad Pəhləvan (49 kq), Selcuk Eker (52 kq), Furkan Ulaş Memiş (56 kq), Fatih Keleş (60 kq), Onur Şipal (64 kq), Öndər Şipal (69 kq), Adem Kılıççı (75 kq), Caner Sayak (81 kq), Bəhram Müzəffər (91 kq), Dənizcan Gökkaya (+91 kq) ilə gəliblər. Ərzurum, ardından Ankarada hazırlıq keçən rəqibimiz son məşqlərini ölkəmizdə davam etdirəcəklər.

Qeyd edək ki, “ay-ulduzlular” Bakıda keçiriləcək lisenziya xarakterli mundialda ən azı 7 vəsiqəyə ümid edirlər.