09:16 13-09-2011
news_image
975
STOLÜSTÜ OYUNLAR

Qədir Hüseynov Xantı-Mansiyskdən çempion kimi qayıdır

Rusiyanın Xantı-Mansiysk şəhərində sürətli şahmat üzrə keçirilən Yuqra qubernatorunun 7-ci kubok yarışlarının da qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnirin qalibi adını azərbaycanlı qrossmeyster Qədir Hüseynov qazanıb.

Həmyerlimiz 11 turdan 9 xal toplayaraq, ən yaxın izləyicisi Sergey Jiqalkonu (Belarus) 0,5 xal qabaqlayıb. Yarışda mübarizə aparan digər zəka sahibimiz Rauf Məmmədov isə 8 xalla 7-ci yeri tutub.

Qeyd edək ki, bu şahmatçılarımız daha öncə analoji turnirin klassik növündə mübarizə aparıblar. Yarışı Hüseynov 5-ci, Məmmədov isə 30-cu yerdə bitirmişdi.