11:14 13-09-2011
news_image

London Olimpiadasına 10-cu lisenziyamız dünya çempionundan gəldi

Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarına 10-cu lisenziyasını qazanıb. Apasport.az saytının məlumatına görə, buna yunan-Roma güləşçimiz Rövşən Bayramov dünya çempionluğunu qazanmaqla nail olub. 55 kq çəkidə mübarizə aparan gənc idmançımız Türkiyənin İstanbul şəhərində keçirilən yarışın qalibi olmaqla, karyerasında ilk dəfə dünya çempionu olub. Pekin Olimpiadasının gümüş medalçısı olan Rövşən finalda belaruslu Elbek Taciyevi (3:0, 1:0) məğlub edib. Bu, dünya çempionatının ilk günündə yeganə uğurumuz olub. Digər güləşçilərimiz – Vitali Rəhimovla (66 kq) Şalva Qadabadze (96 kq) medal və lisenziya qazana bilməyiblər.

Qeyd edək ki, Bayramov London Olimpiadasına lisenziya qazanan ilk güləşçimiz olub.