13:26 13-09-2011
news_image

Avropa çempionatı üçün Azərbaycan yığmasının heyəti açıqlandı

Sentyabrın 16-da Belçikanın Lommel şəhərində start götürəcək gənc cüdoçular arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 9 cüdoçumuz qüvvəsini sınayacaq.

Təmsilçilərimizdən qitənin ən güclüsü olmaq üçün Mehman Sadıqov, Oruc Vəlizadə (hər ikisi 55 kq), Vüqar Şirinli, Əli Rzayev (hər ikisi 60 kq), Mahir Cəfərli, Orxan Hacıağalı (hər ikisi 66 kq), Fəqan Eminoğlu (73 kq), Rəsullu Abdulhah (81 kq) və Xanım Hüseynova (57 kq) tatamiyə çıxacaqlar.