15:21 13-09-2011
news_image
1325
DİGƏR NÖVLƏR

Daha bir idmançımız rəsmən London-2012-də!

Azərbaycan milli komandası London-2012 Yay Paralimpiya Oyunlarına 8-ci lisenziyanı qazanıb. Apasport.az saytının məlumatına görə, bu uğura kamandan oxatanımız Zinyət Vəliyeva imza atıb.

Həmyerlimiz XIV London Yay Paralimpiya Oyunlarına vəsiqəyə lisenziya xarakterli turnirdə 417 xal toplamaqla nail olub.

Qeyd edək ki, daha öncə Mədinə Abdullayeva, Oloxan Musayev, Zayets Vladimir, Oleq Panyutin, Elçin Muradov, Rza Osmanov və Hüseyn Həsənov (hamısı atletika) lisenziya qazanmışdılar.