12:22 14-09-2011
news_image
1060
DİGƏR NÖVLƏR

Yığmamız dünya çempionatından medalsız qayıdır

Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda stend atıcılığı üzrə keçirilən dünya çempionatında çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, yığmamızın sonuncu üzvü Emin Cəfərov da ümidləri doğrultmayıb.

Təmsilçimiz yarışın qalibi ispaniyalı Xose Aramburudan cəmi 4 xal az toplasa da, 121 xalla 32-ci olub.

Qeyd edək ki, Cəfərovdan öncə Elvin İsmayılovun 114-cü, Zemfira Meftahətdinova 11-ci və Nurlana Cəfərova isə 45 yeri tutmuşdu.