15:17 14-09-2011
news_image
750
STOLÜSTÜ OYUNLAR

Bakı klubu üçün 37 ölkədən 64 rəqib

Sloveniyada şahmat üzrə keçiriləcək Avropa çempionatında mübarizə aparacaq komandaların sayı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakının SOCAR klubunun da qatılacağı qitənin ən möhtəşəm yarışında 40 ölkədən 77 kollektiv gücünü yoxlayacaq.

Bunlardan 65-i kişi (37 ölkə), 12-si isə qadın (9 ölkə) komandalarıdır. Kişilərdən ibarət klublar arasında isə Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli (hamısı Azərbaycan), Aleksandr Qrişuk (Rusiya), Rüstəm Qasımcanov (Özbəkistan), Emil Sutovski (İsrail) və Andrey Volokitindən (Ukrayna) ibarət SOCAR yarışın reytinq favoritidir.

Qeyd edək ki, sentyabrın 24-də start götürəcək çempionat oktyabrın 2-də yekunlaşacaq.