16:06 14-09-2011
news_image
1262
STOLÜSTÜ OYUNLAR

Həmyerlimiz rəsmən Ukrayna klubunda! - FOTO

Azərbaycanlı qrossmeyster Qədir Hüseynovun Avropa çempionatında şərəfini qoruyacağı komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həmyerlimizin Ukraynanın Çerniqov şəhərini təmsil edən “A DAN DZO & PGMB” klubunda çıxış edəcəyi rəsmiləşib.

Belə ki, ukraynalılar Hüseynovun adını artıq sifariş ərizəsinə daxil ediblər. Lakin orta reytinqinə görə çempionatın 8-ci komandası olan “A DAN DZO & PGMB”un heyəti tam formalaşmayıb. Çerniqov təmsilçisinin heyətində azərbaycanlı zəka sahibi ilə yanaşı, Jobava Baadur (Gürcüstan), Anton Korobov, Aleksandr Zubarev, Jerebux Yaroslav (hamısı Ukrayna), Sergey Azarov (Belarus) və Boris Savçenkonun (Rusiya) oynayacağı dəqiqləşsə də, 8-ci şahmatçının adına aydınlıq gəlməyib. Çünki ukraynalı Yuri Kryvoruçkonu “A DAN DZO & PGMB” klubundan əlavə, “SD Teçenter Ptuj” komandası da sifariş edib.

Qeyd edək ki, klublararası Avropa çempionatı sentyabrın 24-dən oktyabrın 2-ə kimi Sloveniyada keçiriləcək.