15:31 15-09-2011
news_image

Boks Federasiyasından yenilik

Sentyabrın 26-da Bakıda start götürəcək boks üzrə dünya çempionatının rəsmi saytı fəaliyyətə başlayıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, wchbaku2011.com ünvanında yarışla bağlı bütün xəbərlər yer alacaq.

Bundan başqa, saytda Azərbaycan boksunun tarixi, idmançılarımızın beynəlxalq arenadakı nailiyyətləri haqda da məlumatlar yerləşdirilib. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Qeyd edək ki, mundial həmçinin, Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.