12:28 16-09-2011
news_image
1620
DÖYÜŞ NÖVLƏRİ

“Road to Baku” Lənkəranda - FOTOSESSİYA

2009-cu ildən başlayaraq AİBA zəif inkişaf etmiş ölkələrin boksçularını öz hesabına dünya çempionatında iştirakını təmin edir. Apasport.az saytının məlumatına görə, bu dəfə də Beynəlxalq Boks Federasiyası “Road to Baku” – “Bakıya yol” adlı proqram təşkil edib.

Sentyabrın 9-dan etibarən 28 ölkədən olan 48 boksçu və 20 məşqçi Lənkəran Regional Boks Mərkəzində təlim-məşq toplanışı keçirlər. Toplanışa WSB liqasında “Pohang Poseidons” komandasına rəhbərlik etmiş Mars Kuçkaryov başçılıq edir. Azərbaycan Boks Federasiyası (ABF) “Road to Baku” proqramının yüksək səviyyədə keçməsi üçün Lənkəranda idmançılara hər bir şərait yaradıb. Yerli mütəxəssislərdən Salam Bağırov və Elnur Hacıyev də məşq prosesinə cəlb olunublar. Gündə 2 məşq keçən boksçuların toplanışı sentyabrın 22-ə kimi davam edəcək.

“Road to Baku” proqramında Baham, Latviya, Benin, Litva, Boliviya, Myanmar, Burkina Faso, Kambociya, Nauru, Kayman adaları, Nikaraqua, Dominikan, Niger, El Salvador, Panama, Qambiya, Sent-Lusiya, Qana, Sent-Vinsent və Qrenadina, Seneqal, Qvatemala, Şri Lanka, Kot-d-İvuar, Yamayka, Svazilend, Tacikistan, Qırğızıstan və Tonqadan olan boksçular yer alıb.