09:35 19-09-2011
news_image

9 nəfərə 1 bürünc medal

Sentyabrın 16-da Belçikanın Lommel şəhərində start götürən gənc cüdoçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 3 gün davam edən yarışda Azərbaycan milli komandasının qazancı cəmi 1 bürünc medal olub.

Belə ki, qitənin ən mötəbər yarışına məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 9 cüdoçu ilə qatılan yığmamızı fiaskodan Oruc Vəlizadə (55 kq) qurtarıb. O fəxri kürsünün III pilləsində yer alıb.