13:02 19-09-2011
news_image
834
STOLÜSTÜ OYUNLAR

Rusiya yığmamıza qarşı liderlərsiz oynayacaq

Noyabrın 2-12-də Yunanıstanın Porto Karase şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq Rusiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız Azərbaycan yığmasının da qüvvəsini sınayacağı yarışa liderlərsiz yollanacaqlar.

Belə ki, komandanın baş məşqçisi Yevgeni Baroyev sifariş ərizəsinə aparıcı şahmatçılar – Vladimir Kramniklə Sergey Karyakinin adlarını daxil etməyib. O bunu qrossmeysterlərin xahişi ilə əsaslandırıb: “Bu 2 şahmatçı qarşısına məqsəd qoyub ki, 2012-ci il yanvarın 1-ə qədər onlara iddiaçıların turnirində oynamağa imkan verəcək reytinq toplasınlar. Bu görə də onlar fərdi turnirlərə hazırlaşırlar və yığmada reytinqlərini aşağı salacaqlarından çəkinirlər”.

Nəticədə Məşqçilər Şurasının yığıncağında yığmanın üzvləri olacaq 8 namizədin adı dəqiqləşib. Bunlar Rusiya millisi Qrişuk, Svedler, Nepomnyaşiy, Potkin, Morozeviç, Tomaaşevski, Yakovenko və Vityuqovdur.