Dünya Kubokunun sahibi müəyyənləşdi
Rusiyanın Xantı-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını rusiyalı Peter Svidler qazanıb. O finalda həmyerlisi Aleksandr Qrişuka 2,5:1,5 hesabı ilə qalib gəlib.
Üçüncü yer uğrunda görüşdə isə ukraynalılar – Ruslan Ponomaryov və Vasili İvançuk duelindən ikinci qalib ayrılıb (2,5:1,5) və bürünc medala sahib olub.
Nəticədə Svidler, Qrişuk və İvançuk həmçinin 2012-ci ildə baş tutacaq şahmat tacına iddiaçıların turnirinə vəsiqə qazanıblar.
Qeyd edək ki, Azərbaycan milli komandasının 5 üzvü bu yarışa qatılsalar da, mübarizəni erkən dayandırmışdılar.