17:48 20-09-2011
news_image

Qazaxıstan yığması heyətini açıqladı

Boks üzrə Qazaxıstan milli komandasının dünya çempionatında iştirak edəcəyi heyət məlum olub. Apasport.az saytının məlumatına görə, Asiyanın ən güclülərindən olan Qazaxıstan yığması Bakıdakı yarışda yalnız 56 kq çəki dərəcəsində təmsil olunmayacaq. Bu çəki dərəcəsində Kanat Abutalipov WSB liqasından London Olimpiadasına vəsiqə qazandığından, o, dünya çempionatını yalnız tamaşaçı kimi izləyəcək.

Mırqazı Aytjanovun komandasının əsas medal ümidlərindən biri 2 qat dünya çempionu Serik Sapiyev (69 kq) olacaq. Bundan başqa, heyətdə dünya çempionatının gümüş mükafatçısı İvan Dıçko, dünya çempionatının bürünc mükafatçısı Birjan Jakipov, Asiya Oyunlarının qalibi Vasili Levit kimi təcrübəli boksçular var. Hazırda Novoalekseyevskdəkı bazasında təlim-məşq toplanışı keçən qazaxlar sentyabrın 23-də Bakıda olacaqlar.

Qazaxıstan komandasının heyəti:

49 kq: Birjan Jakipov
52 kq: Oljas Sattibayev
60 kq: Qani Jaylauov
64 kq: Daniyar Yeleusinov
69 kq: Serik Sapiyev
75 kq: Danabek Sujanov
81 kq: Adilbek Niyazimbetov
91 kq: Vasili Levit
91+ kq: İvan Dıçko