09:00 21-09-2011
news_image
673
STOLÜSTÜ OYUNLAR

Rəcəbovla Həşimovun Xantı-Maysiysk rekordları

Rusiyanın Xantı-Maysiysk şəhərində başa çatan Dünya kubokunun rekordları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışın ən uzun partiyaları azərbaycanlı qrossmeysterlərin iştirakı ilə keçirilib.

Belə ki, Dünya Kubokunun 1/4 final mərhələsində Teymur Rəcəbovla ukraynalı Vasili İvançuk arasındakı 1-ci tay-brek matçı turnirin ən çox gedişli görüşü olub. Şahmatçılar 120-ci gedişdə heç-heçə ediblər.
Qalibin müəyyənləşdiyi oyunlar arasında ən çox davam edəni isə Vüqar Həşimovun danimarkalı Peter Xayne Nilsenlə qarşılaşması olub. 1/8 final mərhələsinin ikinci matçında ağlarla oynayan rəqib 113-cü gedişdə şahmatçımızı mat edib. Bu matç ən çox gedişli görüşlər arasında II olub.

Qeyd edək ki, Dünya Kuboku rusiyalı Peter Svidlerin qələbəsi ilə başa çatıb.