12:24 21-09-2011
news_image

Dünya çempionatı: Yığmamızın heyəti açıqlandı

Boks üzrə dünya çempionatında iştirak edəcək milli komandamızın heyəti açıqlanıb. Apasport.az saytının xəbərinə görə, London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda yığmamız 9 çəki dərəcəsində mübarizə aparacaq.

Məşqçilər korpusu sentyabrın 26-da start götürəcək yarışda Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacıyev (64 kq) Emil Əhmədov (69 kq), Ramil Əliyev (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidova (91+kq) şans verəcək.

Avropa çempionatı ilə müqayisədə komandada 2 dəyişiklik edilib. Osman Əliyevi Emin Əhmədov, Fərid Paşayevi isə Məhəmmədrəsul Məcidov əvəzləyib.

Qeyd edək ki, Soltan Migitinov Olimpiadaya WSB liqasından vəsiqə qazandığından 75 kq çəki dərəcəsində təmsilçimiz olmayacaq. Çexov şəhərində Rusiya yığması ilə toplanış keçən boksçularımız sentyabrın 19-da vətənə dönüblər. Komandamız hazırda məşqlərini “Sərhədçi” İdman Olimpiya Kompleksində davam etdirirlər.