12:29 22-09-2011
news_image
1225
DÖYÜŞ NÖVLƏRİ

“Ən böyük arzum bayrağımızı yüksəklərdə dalğalandırmaqdır”

“Hazırlıq çox əla səviyyədə keçib. Rusiya və İtaliyada təlim-məşq toplanışı keçmişik və güclü boksçularla gücümüzü yoxlamaq imkanımız olub. Bu səbəbdən hər birimiz yarışa tam hazırıq”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının boksçusu Elvin Məmişzadə (52 kq) deyib.

O, sentyabrın 26-da Bakıda start götürəcək dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Məmişzadənin sözlərinə görə, London-2012-yə lisenziya xarakterli mundialda əsas məqsədi Olimpiadaya vəsiqə qazanmaqla yanaşı, fəxri kürsüdə də yer almaqdır: “Boks Federasiyası bizim üçün hər bir şərait yaradıb. Biz də bunun əvəzini verməliyik. Medal qazanmaqla, lisenziyaya sahib olmaq istəyirəm. Fikrimcə, bunu bacaracağam. Ən böyük arzum Azərbaycan bayrağını həmişə yüksəklərdə dalğalandırmaqdır. İstəyirəm ki, bunu əvvəlcə Bakıda, ardınca Londonda həyata keçirəm”.

Qeyd edək ki, bu yarışda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda çıxış imkanı qazanacaq.