15:31 22-09-2011
news_image
1005
DÖYÜŞ NÖVLƏRİ

Ermənistan yığması Bakı səfərinə çıxdı

Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək Ermənistanın boks üzrə milli komandası bu gün Tiflisə yollanıb. Apasport.az saytının məlumatına görə, işğalçı ölkənin yığması oradan sabah Bakıya sabah planlaşdırır.

Tiflisdə Ermənistan nümayəndə heyətini Azərbaycan tərəfindən təhlükəsizlik xidmətinin əməkdaşları qarşılayacaq. Ermənistan Boks Federasiyasının baş katibi Leva Oqannisyan ölkəni tərk etməzdən öncə yerli mətbuata təhlükəsizliklə bağlı heç bir problemin olmayacağını bildirib: “Bizim qurum Azərbaycan Gənclər və İdman Nazirliyindən erməni idmançılarının təhlükəsizliyinin təmin edilməsi haqqında rəsmi məktub alıb. Onların harada qalacağı isə hələlik bilinmir. Lakin böyük ehtimalla bu, ayrıca yerdə olacaq”.

Qeyd edək ki, dünya çempionatında erməni boksçulardan Oqanes Danielyan (49 kq), Oqanes Boçkov (56 kq), Vladimir Saruxanyan (60 kq), Qraçik Cavaxyan (64 kq), Samvel Metevosyan (69 kq), Andranik Akopyan (75 kq), Artur Xaçaturyan (81 kq) və Armen Simonyan (+91) mübarizə aparacaqlar. Nümayəndə heyətinə isə Ermənistan Boks Federasiyasının I vitse-prezidenti Derenik Qabrielyan rəhbərlik edəcək.

Onunla yanaşı, heyətə gənclər və idman nazirliyinin gənclərə cavabdeh mütəxəssisi Ovsep Saakyan, baş məşqçi Rafael Meqrabyan, məşqçilər Karen Aqamalyanla Mehak Kazaryan və masajçı Arutyun Prazyan da heyətə daxil ediliblər.