04:28 23-09-2011
news_image
1187
DÖYÜŞ NÖVLƏRİ

Bakıdakı dünya çempionatı internetdə canlı yayımlanacaq

Bakıda keçiriləcək boks üzrə dünya çempionatı www. AIBAboxingTV.com. saytı ilə canlı yayımlanacaq. Apasport.az-ın xəbərinə görə, boks həvəskarları yarışların ilk günündən finala kimi bütün döyüşləri internet vasitəsi ilə izləmək imkanı əldə edəcəklər. Bundan başqa, 18 final mərhələsindən finala kimi yarışlar Youtube vasitəsi ilə www.youtube.com/aibaboxingtv. saytı ilə də birbaşa yayımla idman həvəskarlarına təqdim olunacaq.

Boks ilk Olimpiya idman növlərindəndir ki, yarışları Youtube vasitəsi ilə bütün dünyaya yayımlanır.

Qeyd edək ki, “İdman Azərbaycan” kanalı da dünya çempionatının bütün görüşlərini canlı yayımla təqdim edəcək. Yarışlar hər gün səhər saat 11-də başlayacaq.