12:18 23-09-2011
news_image

İlk Avropa çempionatında çıxış edəcək millimizin heyəti açıqlandı

Azərbaycanın parataekvondo üzrə milli komandası l Avropa çempionatında iştirak edəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sentyabrın 26-da Moskvada keçiriləcək yarışda 15 idmançımız mübarizə aparacaq.
Baş məşqçi Əvəz Tağıyev və köməkçi məşqçi Yaşar Səfərovun rəhbərliyi altında yarışa son hazırlığı başa vuran parataekvondoçularımız 3 kateqoriya üzrə döyüşəcəklər:

1. Emin Nürətdinov - (DÇ-nin bürünc mükafatçısı) A6 (58 kq)
2. Sahib Xasıyev A6 (58 kq)
3. Nicat Müslümov A6 (68 kq)
4. Aleksandr Polişuk (DÇ-nin gümüş mükafatçısı) A6 (80 kq)
5. Vüsal İsmayılov (DÇ-nin gümüş mükafatçısı) A6 (+80 kq)
6. Namiq Abbasov A5 (58 kq)
7. Anar Hüseynov (DÇ-nin gümüş mükafatçısı) A5 (68 kq)
8. Rövşən Qəhrəmanlı (DÇ-nin bürünc mükafatçısı) A8 (58 kq)
9. Mahmud Səmədov (DÇ-nin gümüş mükafatçısı) A8 (68 kq)
10. Əbülfəz Abuzərli A8 (68 kq)
11. Rövşən Rzayev A8 (80 kq)
12. Hüseyn Həsənov (Dünya çempionu) A8 (80 kq)
13. Cahangir Bayramov (Dünya çempionu) A8 (+80 kq)
14. Röyalə Fətəliyeva A8 (49 kq)
15. Aynur Məmmədova (DÇ-nin bürünc mükafatçısı) A8 (57 kq)

Qeyd edək ki, Rusiyanın paytaxtına sentyabrın 25-də yola düşəcək seçmə komandamız 3 gün sonra geri dönəcək.