10:30 24-09-2011
news_image
1752
DİGƏR NÖVLƏR

London Olimpiadasına 18-ci lisenziyamızı Aliyə Qarayeva qazandı

Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarına 18-ci lisenziyasını qazanıb. Apasport.az saytının məlumatına görə, buna bədii gimnastımız Aliyə Qarayeva Fransanın Monpelye şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanmaqla nail olub. O, çoxnövçülük üzrə yarışın həlledici mərhələsində 3-cü yeri tutub. Bununla da Aliyə Olimpiadaya birbaşa vəsiqə qazanan 15 gimnastın sırasında yer alıb və ardıcıl 2-ci dəfə belə mötəbər turnirdə çıxış etmək hüququ qazanıb.

Qeyd edək ki, Qarayevaya qədər atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov, Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr), güləşçilərimiz Rövşən Bayramov (55 kq), Saman Təhmasibi (84 kq, hər ikisi yunan – Roma güləşi), Mariya Stadnik (48 kq, qadın güləşi), Şərif Şərifov (84 kq) Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Maqomedov (120 kq, hamısı sərbəst güləş), velosipedçi Yelena Çalıx 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.