13:43 24-09-2011
news_image
1339
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov subaylığın daşını “Buta”da atacaq

Şahmat üzrə Azərbaycan milli komandasının lideri Teymur Rəcəbovunun toy mərasiminin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, hazırda SOCAR klubunu heyətində Sloveniyada olan qrossmeysterimiz oktyabrın 7-də bəylik paltarı geyinəcək. Toy “Buta Palace”də olacaq.

Qeyd edək ki, SOCAR Sloveniyada Avropa çempionatında mübarizə aparacaq. Yarışa oktyabrın 2-də yekun vurulacaq.