23:13 24-09-2011
news_image

Bu gün dünya çempionatının püşkü atılır

Sabah Bakıda boks üzrə dünya çempionatına start veriləcək. Apasport.az saytının xəbərinə görə, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın püşkü bu gün atılacaq. Saat 16:00-da atılacaq püşkdə azərbaycanlı boksçular da rəqiblərini tanıyacaq.

Xatırladaq ki, dünya çempionatında rekord sayda 127 ölkədən 700-dək idmançı qatılıb.