21:06 25-09-2011
news_image
2685
STOLÜSTÜ OYUNLAR

SOCAR-dan möhtəşəm qələbə! - YENİLƏNİB

Bu gün Sloveniyanın Roqaska Slatina şəhərində şahmat üzrə klublararası Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışına Bakının SOCAR klubu qələbə ilə başlayıb.

İkinci dəfə analoji çempionata qatılan təmsilçilərimiz ilk turda Almaniyanın “SG Solingen” komandası ilə qarşılaşıb. Klubumuzun ukraynalı kapitanı Vladimir Tukmakov birinci görüşdə əsas heyətin 2 üzvünü - Teymur Rəcəbov və Aleksnadr Qrişuku ehtiyatda saxlasa da, zəka sahiblərimiz rəqiblərinə 5,5:0,5 hesabı ilə qalib gəliblər.

Yarışın reytinq favoriti olan SOCAR-ın üzvlərindən yalnız Şəhriyar Məmmədyarov xal itirib.

Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 77 komandanın (56 kişi, 12 qadın) mübarizə aparır. 7 turdan ibarət olacaq turnir oktyabrın 1-də yekunlaşacaq.

I tur

SG SOLİNGEN - SOCAR - 0,5:5,5

Aleksandr Naumann (2546) - Şəhriyar Məmmədyarov (2746) - 0,5:0,5
Markus Şafer (2399) - Emil Sutovski (2690) - 0:1
Tomas Mixalçak (2316) – Andrey Volokitin (2686) - 0:1
Milon Qupta (2270) – Rüstəm Qasımcanov (2678) - 0:1
Aksel Şeffner (2305) – Rauf Məmmədov (2660) - 0:1
Andreas Peşel (2168) – Eltac Səfərli (2627) - 0:1