14:47 25-09-2011
news_image

Bakıda Boks Federasiyasının inzibati binasının təməlqoyma mərasimi keçirilib

Bu gün Bakıda Azərbaycan Boks Federasiyasının inzibati binasının təməlqoyma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu və digər rəsmi şəxslər iştirak edib.

Federasiyanın inzibati binasının inşası üçün 2 hektar torpaq sahəsi ayrılıb. Binada 500 nəfərlik idman kompleksi, 200 nəfərlik mehmanxana, üzgüçülük hovuzu və avtodayanacaq fəaliyyət göstərəcək.

Bununla yanaşı, burada transformator yarımstansiyası, qazanxana, nasosxana və su anbarı da quraşdırılacaq.

ABF-nin prezidenti Kəmaləddin Heydərov və AİBA-nın prezidenti Çinq-Kuo Vu beton qarışığı tökən qurğunu işə salmış və metal gilizi bünövrəyə atıblar.
AzərTac